Yeniyetmə qılıncoynadanlarımız Fransada keçirilən turnirdə qüvvələrini sınayıblar
Azərbaycanın yeniyetmə oğlan şpaqaçıları Fransanın Qrenobl şəhərində “Cadet Circuit” çərçivəsində keçirilən növbəti turnirdə iştiraklarını başa vurublar.

Qılıncoynadanların şəxsi yarışında qrupda iki qələbəsi olan Raul Aruslanov pley-offda keçirdiyi ilk görüşdə belçikalı Nikolas Van Koppenolleyə 15:8 hesabı ilə qalib gəlib. R.Aruslanov 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə britaniyalı Alec Bruka 9:15 hesabı ilə uduzub.

Qrupda 1 qələbəsi olan Orxan Həsənli və Cəmil Hidayətov pley-offa yüksələ bilməyiblər.

Təmsilçilərimiz yeniyetmə oğlan şpaqaçıların komanda yarışında Almaniyanın ikinci kollektivinə 44:45 hesabı ilə uduzub.

Xəbər 380 dəfə oxundu.