ABŞ-da keçiriləcək “Masters” turnirində Azərbaycanı iki şahmatçı təmsil edəcək
Noyabrın 24-də ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində şahmat üzrə “Masters” turniri start götürəcək.

Yarışda Azərbaycanı Şahəli İsmayılov və Alperi Kanlı təmsil edəcəklər. Turnirdə 24-ü qrossmeyster olmaqla, 150-dən çox şahmatçı mübarizə aparacaq.

Yarış 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 609 dəfə oxundu.