Azərbaycan - Rusiya oyununun hakimləri açıqlanıb
Qadınlardan ibarət Azərbaycan millisinin evdə Rusiya yığması ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.

Referi İonela Alina Peşuya laynsmanlar qismində Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Cristina Mariana Trandafir yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.

Xəbər 299 dəfə oxundu.