Avropa çempionatı: Kişilərdən ibarət komandamız Ukrayna yığması ilə heç-heçə edib
Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandası növbəti oyununu keçirib.

Kişi şahmatçılarımızın səkkizinci turda Ukrayna yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Qadın şahmatçılarımızın isə Macarıstan yığması ilə mübarizəsi davam edir.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Xəbər 293 dəfə oxundu.