“Bakı-2021”: Rusiyalı gimnast Vasiliy Makarskiy ikili mini-batut yarışlarında birinci olub
Bakıda keçirilən dünya çempionatında kişilər arasında ikili mini-batut üzrə fərdi yarışın mükafatçıları müəyyənləşib.

Rəqiblərini 77,400 xalla qabaqlayan Rusiya Gimnastika Federasiyasının idmançısı Vasiliy Makarskiy dünya çempionu adını qazanıb.

Portuqaliyalı Dioqo Kabral 75,100 xalla yarışı ikinci, ABŞ təmsilçisi Ruben Padilla isə 74,900 xalla üçüncü pillədə başa vurublar.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir.

Xəbər 333 dəfə oxundu.