Şahmat üzrə Avropa çempionatının səkkizinci turunda komandamız Ukrayna və Macarıstan yığmaları ilə qarşılaşacaq
Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında səkkizinci turun qarşılaşmaları oynanılacaq.

Kişilərdən ibarət komandamız Ukrayna yığması ilə qarşılaşacaq. Turnir cədvəlinin ilk iki pilləsində yer alan hər iki komandanın aktivində 11 xal var. Azərbaycan yığması rəqib komandanı əlavə göstəricilərə görə qabaqlayaraq birinci yerdə qərarlaşıb.

Qadın şahmatçılarımız Macarıstan yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığmamız isə 9 xalla 5-8-ci yerləri bölüşür.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Xəbər 525 dəfə oxundu.