Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Keşlə”ni məğlub edib | |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin lideri “Qarabağ” klubu “Keşlə”ni qəbul edib. “Azersun Arena”dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub. Bu nəticədən sonra xallarının sayını 26-ya çatdıran “köhlən atlar” liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır. Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” oyunları noyabrın 20-də, “Qəbələ” – “Sumqayıt” qarşılaşması isə noyabrın 21-də keçiriləcək. |
|
Xəbər 318 dəfə oxundu. |
|
|