Belarus batutçuları “Bakı-2021”də fəxri kürsünün ən yüksək pilləsinə qaxıblar
Bakıda keçirilən dünya çempionatında kişilər arasında batut gimnastikası üzrə komanda yarışları başa çatıb.

Belarus komandası 180,690 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yaponiya yığması 178,335 xalla dünya çempionatının gümüş medalını qazanıb. Rusiya Gimnastika Federasiyasının komandası isə 169,550 xalla yarışı üçüncü pillədə başa vurub.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Xəbər 318 dəfə oxundu.