Dünya çempionatında qadınlar arasında batut gimnastikası üzrə komanda yarışlarının qalibləri müəyyənləşib
Bakıda keçirilən dünya çempionatında qadınlar arasında batut gimnastikası üzrə komanda yarışlarının qalibləri müəyyənləşib.

Yaponiyalı gimnastlar 164,245 xalla bütün rəqiblərini qabaqlayaraq birinci olublar.

İlk üçlükdə Çin (163,250 xal) və Rusiya Gimnastika Federasiyasının (162,920 xal) komandaları yer alıblar.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Xəbər 314 dəfə oxundu.