Rusiyalı gimnastlar Bakıda ikinci qızıl medalı qazanıblar
Bakıda keçirilən dünya çempionatında kişilər arasında tamblinq üzrə komanda yarışlarına yekun vurulub.

Rusiya Gimnastika Federasiyasının komandası 112,800 xalla dünya çempionatının qızıl medalına sahib olub.

Böyük Britaniya tamblinqçiləri 111,200 xalla gümüş, Danimarka yığması isə 106,900 xalla bürünc medal qazanıblar.

Qeyd edək ki, kişilər arasında tamblinq üzrə fərdi yarışlarda Azərbaycan təmsilçisi Mixail Malkin təsnifat mərhələsində uğurla çıxış edərək finala yüksəlib. Həlledici mərhələ noyabrın 21-də keçiriləcək.

Xatırladaq ki, noyabrın 21-dək davam edəcək dünya çempionatında 33 ölkədən 300-dək gimnast iştirak edir. Çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Xəbər 317 dəfə oxundu.