Gənclər və idman naziri Avropa birinciliyində uğurla çıxış edən taekvondoçular və onların məşqçiləri ilə görüşüb
Noyabrın 19-da gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyində medal qazanmış idmançılar və onların məşqçiləri ilə görüşüb.

Bosniya Herseqovinada keçirilmiş qitə birinciliyində Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) isə bürünc medal qazanıblar.

Nazir ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımıza təbriklərini çatdırıb, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov iştirak ediblər.

Xəbər 368 dəfə oxundu.