Sərbəst güləş üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib
Noyabrın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı start götürüb.

Turnirin birinci günündə sərbəst güləş üzrə 73 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Yekun nəticələrə görə, İzzət Cəfərov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Rəşid Babazadə (65 kq), İsbər Əkbərli (70 kq), Mürşüd Hüseynov (74 kq), Fuad Yunusov (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Nəsib İsayev (92), Zəfər Əliyev (97 kq), Cavid Sadıqov (125 kq) birinci yeri tutublar.

Xəbər 348 dəfə oxundu.