Avropa çempionatı: Şahmatçılarımızın Ermənistan komandası ilə qarşılaşması heç-heçə ilə başa çatıb | |
Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda kişilərdən ibarət komandamızın Ermənistan şahmatçıları ilə qarşılaşması 2:2 hesabı elə başa çatıb. Təmsilçilərimiz Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Nicat Abbasov Samvel Ter-Sahakyan, Rauf Məmmədov isə Robert Hovanisyan ilə heç-heçə ediblər. Qadın şahmatçılarımızın İtaliya yığması ilə mübarizəsi davam edir. Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq. |
|
Xəbər 298 dəfə oxundu. |
|
|