“Krav Maga: qadınlar üçün özünümüdafiə sistemi” adlı seminar keçirilib
Noyabrın 18-də Macarıstan Səfirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Krav Maga: qadınlar üçün özünümüdafiə sistemi” adlı seminar keçirilib.

Şiddət və zorakılıq hallarına qarşı gənc xanımların özünü müdafiə edə bilməsi məqsədilə ADBTİA-nın güləş zalında baş tutan seminarda qeydiyyatdan keçərək müraciət etmiş gənc xanımlar iştirak ediblər.

Seminar zamanı iştirakçılara özünümüdafiə sistemi ilə bağlı tövsiyələr verilib, həmçinin praktiki olaraq, bir sıra təmrinlər nümayiş etdirilib.

Növbəti seminar noyabrın 20-də təşkil ediləcək.

Xəbər 350 dəfə oxundu.