Sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına start verilib
Noyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı (BŞGİBİ) ilə sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatına start verilib.

Turnirin birinci günündə sərbəst güləş üzrə 10 çəki dərəcəsində 75 idmançı mübarizə aparır.

Yarışı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi, Olimpiya çempionu Namiq Abdullayev, sərbəst güləş üzrə yığma komandanın məşqçisi Arif Abdullayev, Milli Olimpiya Komitəsinin əməkdaşı Həsənağa Rzayev izləyirlər.
Bu gün sərbəst güləş yarışlarında qaliblər müəyyənləşəcək.
Noyabrın 19-da isə yunan-Roma güləşı üzrə idmançılar 10 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar.

Xəbər 322 dəfə oxundu.