Şahmatçılarımız beynəlxalq turnirdə maksimum nəticə göstərirlər
Şahmatçılarımız Türkiyənin Mersin şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edirlər.

Turnirin B kateqoriyalı yarışında təmsilçilərimizdən Xatun Bağırova, Lalə Hüseynova, İlyas Qarayev ötən üç turun nəticəsinə görə maksimum xalla liderlər qrupunda qərarlaşıblar. A kateqoriyalı yarışda isə Vüqar Rəsulov, Pərviz Qasımov, Toğrul Həsənzadə liderdən cəmi yarım xal geridədirlər – 2,5 xal.
Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 609 dəfə oxundu.