Qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb
Qadınlardan ibarət Azərbaycan millisinin Rusiya və Monteneqroya qarşı Avropa çempionatının seçmə oyunları üçün heyəti açıqlanıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov noyabrın 18-də start götürəcək təlim-məşq toplanışına 23 futbolçu çağırıb.

Yığma noyabrın 25-də “Dalğa Arena”da Rusiyanı, 5 gün sonra isə Monteneqronu qəbul edəcək.


Xəbər 319 dəfə oxundu.