Dünya çempionatında karateçilərimiz mübarizəni davam etdirirlər
Dubayda təşkil edilən karate üzrə dünya çempionatında ikinci günün yarışları keçirilir.

Bu gün beş karateçimiz mübarizə aparır.

Təmsilçimiz Ayla Rzazadə (61 kq), İlahə Qasımova (55 kq), Tural Ağalarzadə (67 kq) ilk qarşılaşmalarında uduzublar. Digər karateçilərimiz - Nuranə Əliyeva (50 kq) və Əminağa Quliyev (60 kq) mübarizəni davam etdirirlər.

Qeyd edək ki, turnirin birinci günündə karateçilərimizdən İrina Zaretska (68 kq) finala yüksəlib, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb.

Xəbər 327 dəfə oxundu.