Şahmatçılarımız onlayn “Titled Tuesday Blitz” turnirində iştirak ediblər
Azərbaycan şahmatçıları onlayn “Titled Tuesday Blitz” turnirində iştirak ediblər.

Təmsilçilərimizdən ən yaxşı nəticəni Murad İbrahimli göstərib. Şahmatçımız 10 turdan 8 xal toplayaraq 20-ci yerdə qərarlaşıb. Digər şahmatçılarımızdan Vüqar Manafov, Azər Mirzəyev 7 xal, Vasif Durarbəyli və Atilla Eynullayev isə 6 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.

Xəbər 302 dəfə oxundu.