Təmsilçimiz Məhəmməd Muradlı klassik şahmat turnirində uğurlu çıxışını davam etdirir
Daşkənddə Özbəkistan Prezidentinin mükafatı uğrunda klassik şahmat turnirində təmsilçimiz Məhəmməd Muradlı uğurlu çıxışını davam etdirir.

9 turdan ibarət olan yarışda şahmatçımız 8 turun nəticəsinə görə 6 xalla 2-6-cı yerləri bölüşür.

Turnirdə 100-dən çox şahmatçı iştirak edir ki, onlardan da 22-si qrosmeysterlərdir.

Qeyd edək ki, şahmatçımız bundan əvvəl Daşkənddə keçirilən blits turnirinin qalibi olub.

Xəbər 296 dəfə oxundu.