Futbol üzrə Serbiya milli komandası bir milyon avroluq mükafatı uşaqların müalicəsi üçün bağışlayıb
Futbol üzrə dünya çempionatına birbaşa vəsiqə qazanan Serbiya millisi bu uğura görə dövlət tərəfindən verilən 1 milyon avronu uşaqların müalicəsi üçün bağışlayıb.

Milli komandanın üzvlərinin bu addımı ölkədə sevinc hissi ilə qarşılanıb.

Qeyd edək ki, Serbiya millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində sonuncu görüşdə səfərdə Portuqaliya millisini 2:1 hesabı ilə məğlub edərək A qrupunda mübarizəni 20 xalla birinci sırada tamamlayıb.

Xəbər 315 dəfə oxundu.