Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş turnir keçirilib
Vüqar Həşimov Şahmat Akademiyasının Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qalib və mükafatçıları müəyyənləşib.

Beynəlxalq reytinq xarakterli yarış Vüqar Həşimov Şahmat Akademiyasında keçirilib.

İsveçrə sistemi üzrə təşkil edilən turnirdə ən yüksək nəticəni Kənan İsbatov göstərib. Doqquz turdan 8 xal toplayan şahmatçı birinci pillədə qərarlaşıb. Məhəmməd Əsgərov və Dinarə Hüseynova 6,5 xalla ilk üçlüyü tamamlayıblar.

Xəbər 428 dəfə oxundu.