İspaniyanın “Luqo” klubu azərbaycanlı futbolçunu baxışa çağırıb | |
İspaniyanın “Luqo” klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi doqquz yaşlı yarımmüdafiəçi artıq kollektivlə məşqlərə başlayıb. Onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar bir neçə gündən sonra veriləcək. Qeyd edək ki, E.İsrafilov iyunda “Albasete”dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq 2019-cu ilin noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları “Avro-2020”nin seçmə oyununda millinin formasını geyinib. |
|
Xəbər 287 dəfə oxundu. |
|
|