Şəkidə süni örtüklü meydança istifadəyə verilib
Şəkidə AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydança istifadəyə verilib.

8 nömrəli məktəbin ərazisində quraşdırılan meydançanın açılış mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və məktəbin direktoru Almaz Əliyeva iştirak ediblər.

Açılış mərasimindən sonra Şəki uşaq komandalarının iştirakı ilə yoldaşlıq oyunu keçirilib.

Xəbər 330 dəfə oxundu.