AFC ASED liqasının seçmə mərhələsi olan “Contender” turnirinin 8-ci seriası təşkil olunub
"ASED Fighting Championship" (AFC ASED) liqasının seçmə mərhələsi olan "Contender" turnirinin 8-ci seriası keçirilib.

Seriya çərçivəsində 10 peşəkar döyüş keçirilib.

MMA üzrə yarışın ilk döyüşləri "AFC gənc aslanlar" həvəskar turnirlərində xüsusi bacarıqları ilə fərqlənən İlham İsrafilov və Cavad Məhəmmədhəsənovun döyüşləri ilə başlayıb. Gənc ulduzlar peşəkar kariyeralarına qalibiyyətlə başlayıblar.

Günün əsas döyüşü isə "Şəhid Rafət Qulamov" döyüş klubunun təmsilçisi Rüstəm Məmmədov və "Borçalı" idman klubunun yetirməsi Elturan Cabbarlı arasında baş tutub. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə R.Məmmədov qələbə qazanıb.

Növbəti yarış dekabrda təşkil olunacaq.

Qeyd edək ki, turnir pandemiya qaydalarına əsasən, izləyicisiz keçirilib.

Xəbər 425 dəfə oxundu.