Azərbaycanın şahmat üzrə qadınlardan ibarət komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb
Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandası növbəti qələbəsini qazanıb.

Turnirin dördüncü turunda şahmatçılarımız Almaniya yığması üzərində 3:1 hesablı qələbə qazanıblar. Hazırda komandamız 6 xalla turnir cədvəlində 3-7-ci yerləri bölüşür.

Qeyd edək ki, turnirin dördüncü turunda kişi şahmatçılarımızın Macarıstan komandası ilə qarşılaşmasında bərabərlik qeydə alınıb (2:2).

Kişi şahmatçılarımız 4 turun yekunlarına görə, 7 xalla turnir cədvəlində liderlər qrupunda yer alıb.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 357 dəfə oxundu.