Şəhid Elnur Vəliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri müəyyənləşib
Ucar Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən şahmat turnirinin qalib və mükafatçıları müəyyənləşib.

Ucar rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidi Elnur Vəliyevin xatirəsinə həsr olunmuş turnirdə ən yüksək nəticəni Zəhra Qəhrəmanova göstərib. Belə ki, 7 turdan 6,5 xal toplayan şahmatçı birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə 6 xalla Nurlanə İsayeva və Muzəffər Usubov qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 40 şahmatçı iştirak edib.

Xəbər 275 dəfə oxundu.