Nazir Fərid Qayıbov ölkəmizin şimal rayonlarına səfər edib
Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 12-də ölkəmizin şimal rayonlarına səfər edib. Səfər çərçivəsində, əvvəlcə Respublika Olimpiya İdman Liseyinin Nabranda yerləşən Sağlamlıq İdman Düşərgəsinin vəziyyəti ilə tanış olub.

Sonra Xaçmaz və Qusarda Olimpiya idman kompleksləri, eləcə də Quba və Siyəzəndə Gənclər mərkəzləri, Şabranda şəhər stadionu, həmçinin, Uşaq-Gənclər İdman Məktəbindəki hazırkı şəraitlə maraqlanıb.

Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib. Gənclər və idman naziri komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, o cümlədən yeni idman növlərinin yaradılması və təbliğinin vacibliyini vurğulayıb.

Həmin qurğuların qarşılaşdığı problemlərlə maraqlanan nazir Fərid Qayıbov bu mərkəzlərdə gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, bununla bağlı müvafiq tövsiyələr verib.

Xəbər 92 dəfə oxundu.