Azərbaycan şahmatçıları Macarıstan və Almaniya təmsilçiləri ilə qarşılaşacaqlar
Bu gün Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatının dördüncü turunun oyunları keçiriləcək.

Kişi şahmatçılarımız Macarıstan, qadın təmsilçilərimiz isə Almaniya yığması ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası 6 xalla turnir cədvəlində liderliyini davam etdirir. Qadın komandamız isə 4 xalla 6-cı pillədə qərarlaşıb.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 299 dəfə oxundu.