Hövsan Olimpiya İdman Kompleksində karateçilərlə görüş olub
Serbiyanın Zrenjanin şəhərində karateçilərin dünya çempionatı start götürüb.

Hövsan Olimpiya İdman Kompleksinin direktoru Elşən Əliyev dünya çempionatı öncəsi yığma komandanın idmançıları – dünya çempionu Əli Hacıyev və beynəlxalq turnirlərin qalibi Vildan Hüseynova ilə görüş keçirib.

Elşən Əliyev karateçilərimizə uğurlar arzulayıb və qeyd edib ki, idmançılarımız üçün artıq Azərbaycanı xarici yarışlarda qalib ölkənin idmançıları kimi təmsil etmələri sevindirici haldır. Bu onlara medallar qazanaraq, üçrəngli bayrağımızı dalğalandırması və himnimizi səsləndirməsi üçün əlavə güc verəcək.

Qeyd edək ki, görüşdə iştirak edən idmançılarımızın şəxsi məşqçisi Əməkdar məşqçi, dünya və Avropa çempionu İbrahim Heydərovdur.

 

Xəbər 442 dəfə oxundu.