Samboçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə keçirilən dünya çempionatında təmsilçimiz Ceyhun Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq.

Turnirə 88 kiloqram çəki dərəcəsində çıxış edən C.Hüseynov üçüncü yer uğrunda iranlı Seyedmohammadreza Saedimadani ilə qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 12-də start götürmüş dünya çempionatında komandamızın aktivində hələlik medal yoxdur. Turnirə bu gün yekun vurulacaq.

Xəbər 452 dəfə oxundu.