Azərbaycan şahmatçıları Serbiya və İsveç təmsilçiləri ilə qarşılaşacaqlar
Sloveniyada komandalar arasında Avropa çempionatının ikinci turunda kişi şahmatçılarımız Serbiya, qadın təmsilçilərimiz İsveç yığması ilə mübarizə aparacaqlar.

Şəhriyar Məmmədyarov Aleksandar İndiç, Teymur Rəcəbov İvan İvaniseviç, Qədir Hüseynov Robert Markus, Nicat Abasov Milos Perunoviçlə qarşılaşcaqlar. Qadın şahmatçılarımız Günay Məmmədzadə Ria Cramlinq, Gülnar Məmmədova İnna Aqrest, Xanım Balacayeva Jelena Andric, Ülviyyə Fətəliyeva Marqarita Zaritovskaya ilə üz-üzə gələcəklər.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət komandası turnir cədvəlinin birinci, qadınların yığması isə ikinci pilləsində qərarlaşıb.

Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 288 dəfə oxundu.