Daha 3 samboçumuz dünya çempionatında mübarizə başlayır
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən idman və döyüş sambosu üzrə dünya çempionatında üç idmançımız mübarizəyə başlayır.

Turnirdə Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) mükafatlar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, noyabrın 12-də start götürmüş dünya çempionatında komandamızın aktivində hələlik medal yoxdur. Turnirə bu gün yekun vurulacaq.

Xəbər 465 dəfə oxundu.