Azərbaycan samboçuları dünya çempionatının birinci gününü medalsız başa vurublar
Bu gün Daşkənd şəhərində idman və döyüş sambosu üzrə dünya çempionatı start götürüb.

Turnirin ilk günündə samboçularımızdan Eyvaz Baxşiyev (58 kq) və Mirfəttah Seyidəliyev (64 kq) mübarizə aparıblar. E.Baxşıyev səkkizdəbir finalda qırğızıstanlı Azat Amanbekovu məğlub etsə də, sonrakı mərhələdə qazaxıstanlı Bolatbek Raymkulova uduzub. Digər təmsilçimiz M.Seyidəliyev (64 kq) də yarışa qələbə ilə start verib. İlk mərhələdə monqolustanlı Erdenemygmar Bekhjee üzərində qələbə qazanan samboçumuz ikinci qarşılaşmada belaruslu Pavel Hladkixə məğlub olub.

Qeyd edək ki, nüfuzlu turnirdə ölkəmizi 5 idmançı təmsil edir.

Turnir noyabrın 14-dək davam edəcək.

Xəbər 556 dəfə oxundu.