Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Avropa çempionatında turnir cədvəlinin lideridir
Sloveniyada komandalar arasında keçirilən şahmat üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığması liderliyi ələ keçirib.

Birinci turda İtaliya yığmasına maksimum nəticə ilə qalib gələn komandamız 4 xalla birinci sırada qərarlaşıb. Polşa və Macarıstan yığmaları 3,5 xalla ikinci və üçüncü pillədə yer alıblar.

Qadınlardan ibarət yığmamız da parlaq nəticə qazanıb. Belə ki, şahmatçılarımız 4 xalla liderlər qrupunda yer alıblar.

Qeyd edək ki, kişi şahmatçılarımız Şəhriyar Məmmədyarov Daniel Vokaturo, Rauf Məmmədov Luka Moroni, Qədir Hüseynov Alessio Valçesi, Nicat Abbasov Françesko Sonisi məğlub ediblər. Qadın təmsilçilərimiz Günay Məmmədzadə Sila Çağlar, Gülnar Məmmədova Buse Naz Koçyigit, Xanım Balacayeva Gülenay Aydın, Gövhər Beydullayeva isə Çiğdem Onura qalib gəliblər.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 30 komanda çıxış edir.

Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbər 349 dəfə oxundu.