Qadın qılıncoynadanlarımız Fransada Qran-Pri turnirində iştirak edirlər
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Fransanın Orlean şəhərində keçirilən Qran-Pri turnirində iştirak edirlər.

Yarışda ölkəmizi Anna Başta, Valeriya Bolşakova, Sevil Bünyatova və Səbinə Kərimova təmsil edirlər.

Qeyd edək ki, idmançılarımız bu turnirdən əvvəl Macarıstanın paytaxtı Budapeştdə təlim-məşq toplanışında iştirak ediblər.

Xəbər 365 dəfə oxundu.