Azərbaycan voleybolçuları İsrail, Rusiya və Kipr klubları ilə müqavilə imzalayıblar
Azərbaycanın daha 5 voleybolçusu 2021/2022-ci il mövsümündə legioner həyatı yaşayacaq.

Təmsilçilərimizdən üçü İsrail çempionatında çıxış edəcək. Andrey Vasilenko “Hapoel İroni” (Kiryat Ata) klubunun formasını geyinəcək. Xanım voleybolçularımızdan Yana Doroşenko “Makkabi İroni Hadera”nın, Larisa Smeltsova “Eilaboun”un şərəfini qoruyacaqlar.

Digər qadın voleybolçumuz Mariya Kirilyuk Rusiyaya üz tutub. O, Nijni-Novqorod təmsilçisi “Sparta”nın uğurları üçün çalışacaq.

Kipr çempionatında oynamaq imkanı qazanan Tural Həsənli “AE Karava Lmbousa” klubu ilə müqavilə imzalayıb.

Xəbər 334 dəfə oxundu.