Azərbaycanın iki futbolçusu Avropanın 100 ən yaxşısı sırasında yer alıb
Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində çıxış edən futbolçuların reytinq siyahısı açıqlanıb.

Seçmə mərhələnin ən yaxşı futbolçusu Kilian Mbappedir. Fransa millisinin hücumçusu 231 xala malikdir. Gənc forvardı komanda yoldaşı Kərim Benzema izləyir. Onun aktivində 162 xal var. İlk üçlüyü 161 xalla ispaniyalı Mikel Oyarzabal tamamlayıb.

Azərbaycan millisinin iki futbolçusu “Top-100”də yer alıb. Yığmamızın ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçimiz 62 xalla Avropada 63-cüdür. Qara Qarayev də qitənin 100 ən yaxşısı sırasındadır. O, 56 xalla 87-ci sırada yer alıb. Millimizin üzvləri arasında 3-cü olan Anton Krivotsyuk 42 xalla 183-cüdür.

Xəbər 666 dəfə oxundu.