Avropa birinciliyində 15 taekvondoçumuz iştirak edəcək
Noyabrın 12-də Bosniya və Herseqovinada taekvondo üzrə Avropa birinciliyi start götürür.

Gənclər arasında keçirilən yarışda ölkəmizi 15 idmançı təmsil edir. Oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq) mübarizə aparacaqlar.

Qızlar arasında yarışlarda isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) dayanq üzərinə çıxacaqlar.

Avropa birinciliyi noyabrın 15-də başa çatacaq.

Xəbər 346 dəfə oxundu.