Gənc taekvondoçularımız Bosniya və Herseqovinaya yollanıblar
Gənc taekvondoçularımız Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyinə yollanıblar.

Noyabrın 12-15-də keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, Məmməd Abdullayev və Zahid Məmmədovun yetirmələrindən oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların turnirində isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Aqayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) mübarizə aparacaqlar.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə turnirdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək.

Millimiz noyabrın 16-da Vətənə dönəcək.

Xəbər 366 dəfə oxundu.