Karateçilərimiz dünya çempionatında uğurlarını Zəfər Gününə həsr ediblər
İstanbulda şotokan üzrə 11-ci dünya çempionatında Azərbaycan karateçiləri 29 (13 qızıl, 6 gümüş, 10 bürünc medal) medal qazanıblar. Üç kateqoriya - WKF, şobu sanbon, şobu ippon üzrə keçirilmiş mötəbər yarışda karate üzrə milli komandamızın və müxtəlif klubların üzvləri iştirak ediblər.

Karateçilərimiz dünya çempionatında uğurlarını Zəfər Gününə həsr ediblər.

Karateçilərimizdən 10-11 yaşlılar arasında Nurlan Əlimurad (3 qızıl, 1 gümüş), Həmid İsmayıllı (2 qızıl, 1 gümüş), Rəşid İsmayılov (1 qızıl, 1 gümüş), Aleksey Lapayev (bürünc), 12-13 yaşlı idmançılar arasında Nicat Məmmədmirzəyev (bürünc), Demid İmanov (bürünc), Canər Abbasazdə (bürünc), 14-15 yaşlı yeniyetmələr arasında Nazənin İsmayılova (bürünc), Məhəmməd Bağırov (gümüş), Rəşid Süleymanov (1 qızıl, 1 bürünc), Sofiya Hüseynli (bürünc) qalib və mükafatçılar sırasında yer alıblar.

Nuran Rzazadə (1 qızıl, 1 gümüş), Rəşad Qasımov (bürünc) 18-20 yaşlılar, Rafiz Həsənov (2 qızıl), Tural Ələkbərli (1 qızıl, 1 bürünc), Kəmalə Hüseynova (bürünc), Ülvi Məmmədov (gümüş) böyüklər arasında yarışlarda yüksək nəticələrə imza atıblar.

Komanda yarışlarında isə 10-11 və 12-13 yaş kateqoriyalarında karateçilərimiz birinci yeri tutublar.

Turnirdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Dünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.

Yarışda 30 ölkədən 1076 idmançı iştirak edib.

Xəbər 336 dəfə oxundu.