Şahmat üzrə “Grand Swiss-2021” turnirinə yekun vurulub
Riqada keçirilən şahmat üzrə “Grand Swiss-2021” turniri başa çatıb.

Son turda Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateus Bartel, Nicat Abasov ukraynalı Martin Kravtsiv ilə heç-heçə ediblər. Aydın Süleymanlı isə almaniyalı Dmitri Kollarsa uduzub.

Turnirin yekunlarına görə, təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyib. Belə ki, ötən turların nəticələrinə əsasən, V.Durarbəyli 4,5 xal, A.Süleymanlı, R.Məmmədov, N.Abasov hərəyə 4 xal toplayıblar.

Fransanı təmsil edən Alireza Firuzca (8 xal) yarışın qalibi olub.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarət olub.

Xəbər 301 dəfə oxundu.