Güləşçimiz Osman Nurməhəmmədov U-23 dünya çempionatının finalına yüksəlib
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə - noyabrın 6-da 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

İntiqam Vəlizadə (61 kq) debütdə Fransa təmsilçisinə məğlub olub. Təmsilçimiz Turan Bayramov (74 kq) startda Ukrayna idmançısına qalib gəlsə də, növbəti görüşündə Rusiya təmsilçisinə uduzub. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Osman Nurməhəmmədov (92 kq) Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan O.Nurməhəmmədov adını finala yazdırıb.

Xəbər 309 dəfə oxundu.