Avropa çempionatı: Bu gün üç cüdoçumuz mübarizəyə qoşulacaq
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatının ikinci günündə – noyabrın 6-da Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulacaq.

81 kiloqram çəki dərəcəsində çıxış edən Məhərrəm İmamverdiyev serbiyalı Vuk Elez ilə qarşılaşacaq. Onunla eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tskayev isə Tiziano Falkone (İtaliya) - Laçlan Morehead (Böyük Britaniya) duelinin qalibi ilə görüşəcək.

Qadınların yarışında Nərgiz Hacıyeva (63 kq) startda rumıniyalı Florentina İvanesku ilə gücünü sınayacaq.

Qeyd edək ki, turnirin birinci günündə cüdoçumuz Ramilə Əliyeva (48 kq) gümüş medala sahib olub.

Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil edilir.

Xəbər 349 dəfə oxundu.