Formula 1 bolidlərinin ölçüsü azaldılacaq
Formula 1-də hər yeni reqlament dəyişikliyi komandalar arasında rəqabətin artmasına şərait yaradır.

Bununla yanaşı, bolidlər də müasirləşir.

Hazırda “Kral avtoyarışları”nda müzakirə olunan problemlərdən biri yürüş maşınlarının çəkisi ilə bağlıdır. Artıq 2026-cı ildən bu problem yoluna qoyulacaq.

Formula 1-in idman direktoru Ross Braun mətbuata açıqlamasında 5 ildən sonra bu istiqamətdə müyyən irəliləyişin əldə olunacağını söyləyib. Onun sözlərinə görə, mühərriklərin daha sadə metodlarla işləməsi bolidlərin çəkisinə də təsir edəcək. Nəticədə yarış avtomobillərinin ölçüsü də azaldılacaq.


Xəbər 325 dəfə oxundu.