Sərbəst güləşçilərimizin U-23 dünya çempionatında ilk rəqibləri müəyyənləşib
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Mundialın son 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar.

Noyabrın 4-də bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin rəqibləri müəyyənləşib.

Milli komandamızın üzvlərindən Əliabbas Rzazadə (57 kq) almaniyalı Niklas Steşele, İntiqam Vəlizadə (61 kq) Arman Eloyan (Fransa), Zirəddin Bayramov (65 kq) Süleyman Karqbo (Sierra Leone), Murad Yevloyev (70 kq) Ukrayna idmançısı Denis Borohan, Turan Bayramov (74 kq) Vadim Kirilenko (Ukrayna), Əşrəf Aşırov (79 kq) Batzul Damjin (Monqolustan), Abubakr Abakarov (86 kq) iranlı Səccad Qulami, Osman Nurməhəmmədov (92 kq) Andrian Qrosul (Moldova), İslam İlyasov (97 kq) rusiyalı Şamil Hacıəliyev ilə qarşılaşacaq.

Qeyd edək ki, noyabrın 5-də Ə.Rzazadə, Z.Bayramov, M.Yevloyev, Ə.Aşırov və İ.İlyasov yarışa start verəcəklər. Ertəsi gün isə İ.Vəlizadə, T.Bayramov, A.Abakarov və O.Nurməhəmmədov mübarizəyə qoşulacaqlar.

Xəbər 368 dəfə oxundu.