Badmintonçumuz "YONEX Belgian International " turnirində iştirak edib
Badmintonçumuz Edi Reski Dviçayo Belçikanın Löven şəhərində keçirilən "International Challenge" kateqoriyalı "YONEX Belgian International " turnirində iştirak edib.

Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan E. Reski Dviçayo onaltıdabir finalda Almaniya təmsilçisi Kai Şafer üzərində 2:1 hesablı qələbə qazansa da, növbəti mərhələdə turnirin qalibi malaziyalı Ng Tze Yonga 0:2 hesabı ilə uduzub.

Bununla da, badmintonçumuz yarışla vidalaşıb.

Xəbər 346 dəfə oxundu.