FIVB: Azərbaycan millisi reytinq cədvəlində 52-ci pillədə qərarlaşıb
Qadın voleybolçulardan ibarət milli komandaların reytinq siyahısı açıqlanıb.

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) açıqladığı siyahıda Azərbaycan yığması da yer alıb.

Millimiz 113 xalla dünyanın 52-ci komandasıdır. Yığmamız eyni xala malik olduğu Finlandiya və Boliviyadan əlavə göstəricilərdə geri qalır.

Cədvəldə ilk üçlükdə ABŞ (379), Braziliya (366) və Çin (350) milliləri yer alıblar.

Xəbər 311 dəfə oxundu.