Təmsilçimiz Nihad Quluzadə dünya çempionatında bürünc medal uğrunda güləşəcək | |
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımızın rəqibi ABŞ təmsilçisi Teylor La Mont olacaq. |
|
Xəbər 573 dəfə oxundu. |
|
|