Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Ukrayna komandası heyətini açıqlayıb
Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Ukrayna komandasının heyəti açıqlanıb.

Yarışda ölkəni kişilərdən ibarət komandanın heyətində 7 cüdoçu təmsil edəcək. Belə ki, Dilşot Xalmatov, Kiril Samotuq (60 kq), Danilo Xlopetski, Yevhen Honçarko (66 kq), Oleksandr Koşliak, Artyom Xomula (73 kq), Sergiy Krıvçaç (81 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 30 ölkədən 200 cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 308 dəfə oxundu.